Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi açıqlanıb

post-img

Bu ilin yanvar ayında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 34,1 faiz artaraq 86,8 milyon dolları üstələyib.

XQ xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 2,45 faiz təşkil edib.

İqtisadiyyat