2026-cı ilin yanvar ayında iqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz azdır.
Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3938,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1080,8 manat, özəl müəssisələrdə isə 1124,4 manat olub.

