Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

post-img

XQ "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına istinadən xəbər verir ki, artan sərnişin tələbatını təmin etmək məqsədilə səhmdar cəmiyyət fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bildirilir ki, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

N.Adilqızı
XQ

İqtisadiyyat