Ötən il külək və günəş enerjisi istehsalı artıb

post-img

2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt·st olub.

Bu dövrdə İES-lərdə 24 823,4 mln. kVt·st, SES-lərdə 2 842,5 mln. kVt·st, digər mənbələr üzrə isə 991,6 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 599,8 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib. 

XQ xəbər verir ki, 2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt·st (İES-lərdə 22 703,6 mln. kVt·st, SES-lərdə 2 827,1 mln. kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub.



İqtisadiyyat