Yığımın ilk günlərində artıq 1000 tondan artıq məhsul tədarük olunub.
Cari mövsümdə muxtar respublika üzrə ümumilikdə 834 hektardan çox sahədə qarğıdalı yığımının həyata keçirilməsi nəzərdə tutulur. Əkin sahələrinin böyük hissəsi əvvəlki illərdə olduğu kimi Şərur rayonunun payına düşür. Rayon ərazisində bu il 700 hektara yaxın sahədə qarğıdalı əkilib.
XQ xəbər verir ki, hazırda 156 hektar sahədə biçin aparılıb və nəticədə 66,7 sentner/hektar orta məhsuldarlıqla 1000 tondan artıq qarğıdalı tədarük olunub.
Qeyd edək ki, qarğıdalı əkin sahələri ötən illə müqayisədə artıb. 2024-cü ildə Şərur rayonunda 435 hektarda qarğıdalı əkilərək 3 473 ton məhsul götürülmüşdü. Bu il əkin sahəsinin artırılması isə daha yüksək istehsal həcmi gözləməyə əsas verir.