Türkiyə və Rusiya liderləri arasında telefon danışığı olub

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında deyilir. 

Məlumatı “Anadolu” verib. 

Türkiyə-Rusiya ikitərəfli münasibətlərinin vəziyyəti, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Qəzza zolağında atəşkəsə nail olmaq və eksklava humanitar yardımın çatdırılmasını təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasındakı münaqişənin ədalətli və davamlı sülhlə başa çatması üçün diplomatik təşəbbüslərin aktivləşdirilməsinin vacibliyini vurğulayıb. O, əmin edib ki, Türkiyə sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Söhbət zamanı prezident Ərdoğan da Rusiya prezidentini ad günü münasibətilə təbrik edib.

P.Əmircanov
XQ

 

Dünya