Naxçıvanda güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb

post-img

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərin əhəmiyyətli hissəsini regionların inkişafına xidmət edən layihələrə yönəldib.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti xəbər verir ki, cari ilin 7 ayı ərzində fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 93,1 faizi regionların payına düşüb.

Fond tərəfindən 2025-ci ilin 7 ayında maliyyələşdirilmiş 8,2 milyon manat kreditin 9,2 faizini kiçik, 30,0 faizini orta və 60,8 faizini böyük həcmli kreditlər təşkil edib.

 

 

 

İqtisadiyyat