Naxçıvanda vergi daxilolmaları 19,2 faiz artıb

post-img

Cari ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 115,8 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,2 faiz və ya 18,6 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 77,9 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,6 milyon manat və ya 29,2 faiz artıb.

Ödənilən vergilərin 67,3 faizi qeyri-dövlət sektorunun, 32,7 faizi isə dövlət sektorunun payına düşüb.

İqtisadiyyat