Azərbaycanın Avropaya verdiyi qaz 50 milyard kubmetrə çatdı

post-img

Energetika Nazirliyindən qəzetimizə verilən məlumata görə, Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. Bildirilib ki, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan indiyədək ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.

Məlumatda eyni zamanda, qeyd edilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

İqtisadiyyat