Naxçıvan Muxtar Respublikasında 1 iyun 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 21.083 olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,6 faiz artıb və 575 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,1 faiz artaraq 6.060 olub.