Ölkədə 184 enerji doldurma mərkəzi açılıb

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir ki, hazırda ölkə üzrə ümumi enerji doldurma mərkəzlərinin sayı 184-ə yüksəlib. Sənədə əsasən, ötən il 160 yeni elektrik avtobusu alınıb.

Yeni elektromobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı 3,3 faiz, yeni hibrid avtomobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı isə 29 faiz təşkil edib. Hesabatda daha sonra vurğulanıb ki, Azərbaycan “yaşıl” iqtisadiyyata keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir.

Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün son dövrdə ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib.

 

İqtisadiyyat