2025-ci il martın 1-dən 29-dək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 0,9 milyard kubmetr qaz nəql edilib. Bunun 0,74 milyard kubmetri İtaliyaya, 0,07 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana çatdırılıb. Bu barədə kəmərin operatoru olan TAP AG konsorsiumu məlumat yayıb.
Bildirilib ki, 2020-ci il dekabrın 31-də kommersiya fəaliyyətinə başlayan TAP kəməri ilə 2025-ci il martin 29-dək, ümumilikdə, 45,29 milyard kubmetr qaz nəql olunub.
Qeyd edək ki, TAP Yunanıstan – Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərə qazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdim edir.
Boru kəməri Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdən sərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatə edir.