Cari ilin 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.
Xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.
Daxili dövlət borcunun səviyyəsi qeyd olunan dövrdə 18 milyard 1,3 milyon manat təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.
Beləliklə, 1 aprel tarixinə Azərbaycanın dövlət borcu 26 milyard 628 milyon 830 min manat təşkil edib.