Cari ilin yanvar–mart aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) gəmiləri ilə daşınmış yükün həcmi açıqlanıb.
ASCO-dan verilən məlumata görə, ilin ilk 3 ayında quruma məxsus tankerlərlə, ümumilikdə, 1 milyon 34 min 39 ton maye yük çatdırılıb. Hesabat dövründə bərə gəmiləri ilə 7 min 905 vaqon və 9 min 50 avtonəqliyyat vasitəsi daşınıb. Bununla yanaşı, ötən 3 ayda ASCO-nun universal quru yük gəmiləri 441 min 322 ton yükü lazımi ünvanlara çatdırıb.