“Şahdəniz”də yeni platforma qurulacaq

post-img

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları nazirlərin 11-ci iclası çərçivəsində “Şahdəniz” yatağında kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarı bu ilin ortalarında veriləcək. M.Kirkhamın sözlərinə görə, layihənin istifadəyə verilməsi ilə adıçəkilən yataqda ən yüksək sabit hasilat dövrünün bu onillikdən sonrakı illərə qədər davam etməsinə kömək edəcək.

BP-nin vitse-prezidenti bildirib ki, qurğu elə layihələndirilib ki, o, daimi heyət olmadan məsafədən idarə olunacaq və bütövlüklə elektrik enerjisi ilə işləyəcək. Gələcəkdə bu platforma “Şahdəniz Bravo”nun elektrik enerjisi ilə təchiz olunmasına da xidmət edəcək. Nəhayət, bu layihə “Şahdəniz” yatağındakı əməliyyatların, bütövlükdə, elektrik enerjisinə keçidinə imkan yaradacaq.

M.Kirkham əlavə edib ki, layihə üzrə tikintiyə gələn il başlamaq və 2029-cu ildə platformanı istismara vermək planlaşdırılır.

İqtisadiyyat