“Moody's”: ÜDM 2,5 faiz artacaq

post-img

“Moody's” Beynəlxalq Reytinq Agentliyinin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5 faiz yüksələcək və artım tempi 2026-cı ildə də eyni səviyyədə qalacaq. Bundan başqa, cari il iqtisadi artım, ilk növbədə, ötən il ÜDM-in, təxminən, 60 faizini təşkil edən qeyri-neft-qaz sektoru hesabına təmin olunacaq. Dövlət investisiyaları, o cümlədən Qarabağın bərpası və infrastrukturun inkişafına sərmayə qoyuluşu iqtisadi artımı dəstəkləyən amil rolunu oynayacaq. Təbii qaz hasilatı və ixracının artması isə iqtisadiyyata əlavə təkan verəcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyində bu il ölkədə iqtisadi artımın 3,5 faiz, Azərbaycan Mərkəzi Bankında 3,3 faiz səviyyəsində olacağı bildirilir. “S&P Global” Beynəlxalq Reytinq Agentliyinin məlumatında respublikada 2025 – 2026-cı illərdə ÜDM-in ildə 2 faiz artacağı, “Fitch Ratings”in proqnozunda 2025-ci ildə bu göstərici 3 faiz, 2026-cı ildə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2024-cü ildə ölkə iqtisadiyyatı 4,1 faiz böyüyüb, 2023-cü ildə isə artım 1,1 faiz təşkil edib.

İqtisadiyyat