2025-ci ildə Ələt limanında terminalın, Almatıda logistika kompleksinin və Moskva vilayətinin Selyatino stansiyasında yeni CRK Terminal Logistika Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC-ın “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu məsələ Çin Kommunist Partiyasının Partiya Komitəsinin katibi Sian Fanq Honqvey ilə SC-nin rəhbəri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.
Gələn il Svisloç stansiyasında (Belarus) və Budapeştdə (Macarıstan) logistik mərkəzlər və terminallar işə salınacaq.
Tərəflər qeyd ediblər ki, 2024-cü ildə Sian quru limanından Çin-Avropa marşrutu üzrə 5000-dən çox qatar göndərilib ki, bu da həmin yol ilə bütün daşımaların 25 faizini təşkil edir və tarixi rekorddur.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas qovşağı olan Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində ötən il daşımaların həcmi 33 dəfə artıb.