Azərbaycan–BƏƏ əməkdaşlığının hədəfləri

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarının dəyərləndirildiyi barədə paylaşıb edib.

Açıqlamada deyilir: “BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarını dəyərləndirdik. Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq”.

Qeyd edək ki, ötən il Azərbaycanla BƏƏ arasında ticarət əməliyyatlarının həcmi 96,8 milyon ABŞ dolları (2023-cü ildəki göstərici ilə müqayisədə 36,4 milyon ABŞ dolları və ya 27,3 faiz az) təşkil edib.

2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində (2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7faiz az) ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7 faiz azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8 faiz artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları (illik müqayisədə 3 dəfə az) həcmində müsbət saldo yaranıb.

 

İqtisadiyyat