İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayında bildirilir ki, ölkəmizin qeyri-neft ixracı ötən il 2023-cü illə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olub.
Keçən il ərzində ixrac olunan məhsullardan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4 faiz artaraq 38,5 milyon dollar, pambıq lifi 45,2 faiz artaraq 178,2 milyon dollar, bitki mənşəli yağlar və piylər 32,8 faiz artaraq 28,9 milyon dollar, qiymətli metallar 29,2 faiz artaraq 215,3 milyon dollar və kimya sənayesi məhsulları 18,3 faiz artaraq 293,7 milyon dollar təşkil edib.
Hesabat ilində aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollara, aqrar –sənaye məhsullarının ixracı isə 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar–sənaye məhsullarının birgə ixracı 14,1faiz artaraq 1,11 milyard dollar olub.
XQ