Ötən il Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən 6489 elektron müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü illə müqayisədə 4,8 dəfə çoxdur. Elektron müraciətlərin 23 faizi hüquqi və fiziki şəxslər tərəfindən, 77 faizi notariat ofislərindən daxil olub.