Milli Depozit Mərkəzi Qazaxıstanın Mərkəzi Depozitarı ilə danışıqlar aparır

post-img

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) Qazaxıstanın Mərkəzi Depozitarı (KCSD) ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun “E-Vote” sisteminin tətbiqi ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, MDM bir neçə ölkəyə əməkdaşlıqla bağlı sorğular göndərib. Lakin bu məsələ bazarların bir-birinə marağından asılıdır. Hazırda MDM-in Gürcüstan və Ukrayna ilə aktiv əməkdaşlıq əlaqələri mövcuddur.

İqtisadiyyat