Dövlət satınalmaları elektronlaşdırılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanda dövlət satınalmalarının elektronlaşdırılması hesabına qənaətin 14 faiz artaraq 559,7 milyon manata çatdığını bildirib. 

Onun sözlərinə görə, 11 ay ərzində elektron açıq tenderlər vasitəsilə büdcəyə 532,3 milyon manat (1 il əvvələ nisbətən 10,4 faiz çox) qənaət edilib. Kotirovka üsulu ilə qənaət edilən məbləğ isə illik müqayisədə 3 dəfədən çox artaraq 27,4 milyon manata yüksəlib.

Bu göstərici adıçəkilən dövlət xidmətinin sahibkarlar üçün həyata keçirdiyi kompleks maarifləndirmə tədbirlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində əldə olunub.

İqtisadiyyat