Əhalinin gəlirləri 6 faiz artıb

post-img

Bu ilin yanvar–noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 74 milyard 670,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 74 milyard 671 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çox) təşkil edib.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8 faiz artaraq 7 min 319 manata çatıb.

İqtisadiyyat