Ölkəmiz elektrod da ixrac edir

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən ilk dəfə olaraq İraqa elektrod ixrac edilib. İlkin mərhələdə bu ölkəyə 150 ton məhsul göndərilib. Bu, həm də Azərbaycanın elektrod istehsalı sahəsində ilk məhsul ixracıdır.

Xatırladaq ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elek­trod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü isə 300 ton təşkil edir. İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.

İqtisadiyyat