İnvestisiyaların çoxu tikintiyə yönəldilib

post-img

Dövlət Statistika Komitəsindən “XQ”yə verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910 milyon manat məbləğində investisiya yönəldilib. İstifadə edilən investisiyanın 8 milyard 139 milyon manatı (51,2 faizi) məhsul istehsalına, 5 milyard 618 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 154 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 13 milyard 66 milyon manatı (82,1 faizi) daxili investisiyalara aid olub, 11 milyard 435 milyon manatı (71,9 faizi) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İqtisadiyyat