Kredit kartlarından istifadə artıb

post-img

Bu il aparılan əməliyyatların həcmi 7 milyard manatı ötüb

Cari ilin 10 ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 117 milyon manat və ya 42,5 faiz artım deməkdir.

Hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 841 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 757 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 211 milyon manatı bankomatlar vasitəsi ilə, 276 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2024-cü il noyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 227 min təşkil edib.

İqtisadiyyat