Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 10 min 379 ton çay (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 734 ton və ya 7,6 faiz çox) istehsal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə respublikaya 64 milyon 282 min ABŞ dolları dəyərində 12 min 259 ton çay (əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyon 835 min dollar və ya 10 faiz, həcm baxımından isə 1037 ton və ya 9,2 faiz çox) gətirilib və ölkənin ümumi idxalının 0,39 faizini təşkil edib.
Eyni zamanda, bu ilin 10 ayında Azərbaycandan 5 milyon 484 min dollar dəyərində 622 ton çay (ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 144 min
dollar və ya 2,7 faiz, həcm baxımından isə 36 ton və ya 6,1 faiz çox) ixraca yönəldilib və bu, respublikanın ümumi ixracının 0,02 faizini təşkil edib.