KOBİA 79 layihəyə 1,4 milyon manat ayırıb

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hər il keçirdiyi qrant müsabiqələri çərçivəsində startaplara və sahibkarların innovasiya, texnologiya və rəqəmsallaşma sahəsində olan layihələrinə maliyyə dəstəyi göstərir. İndiyədək reallaşdırılan qrant müsabiqələri nəticəsində startap və sahibkarların, ümumilikdə, 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən I Caspian İnnovation Forumda çıxışı zamanı daha sonra deyib: “Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb edir. İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi əsas prioritet hədəflərindən biridir”.

O.Məmmədovun sözlərinə görə, rəqəmsallaşma sahəsində sahibkarların layihələrinin maliyyələşdirilməsi rəqəmsal iqtisadiyyatın inkişafında və innovativ biznes modellərinin həyata keçirilməsində mühüm rol oynayır. Bu prosesi KOBİA bir sıra mexanizmlər və resurslar vasitəsilə gerçəkləşdirir. İndiyədək 182 KOB subyekti
“Startap” şəhadətnaməsi alıb.

İqtisadiyyat