Şağan qəsəbəsinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

post-img

Bu gün Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

İqtisadiyyat