Sənaye zonalarına 6,8 milyard manatlıq yatırım

post-img

Bu ilin yanvar–sentyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb. Bunun da hesabına 500-dək daimi iş yeri yaradılıb.

Xatırladaq ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat təşkil edən 156 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10,5 mindən çox daimi iş yeri yaradılıb.

İqtisadiyyat