Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb.
Bu haqda “Xalq qəzeti”nə Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib. Məlumatda bildirilir ki, müvəkkil bankların siyahısına “Azər-Türk Bank” və “Bank Respublika” ASC-lər əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.
Fond həmçinin 1 bank olmayan kredit təşkilatı (BOKT) ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün əməkdaşlıq edir.
Səbuhi HƏSƏNOV
XQ