Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması məqsədi ilə Zəfər yolunda elektron tərəzinin quraşdırılması işinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yükdaşıma departamentinin direktoru Sübhan Əbilov bildirib.
Departament direktoru qeyd edib ki, AYNA 7 ərazi üzrə 13 elektron tərəzinin quraşdırılması işini davam etdirir.
“Ümumillikdə respublika üzrə 31 ərazidə 51 tərəzinin quraşdırılması nəzərdə tutulub. Prosesinin 2026-cı ildə yekunlaşması planlaşdırılır”, - deyə Sübhan Əbilov bildirib.