Ələt Azad İqtisadi Zonasının “yağış suları” layihəsi

post-img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlandığını bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hökumətin qarşıya qoyduğu layihələrdən biri də yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlıdır: Bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında dövlət tərəfindən müəyyən işlər aparılır. Prosesin ilkin mərhələsinə artıq başlanılıb. Qalan mərhələlər isə böyük infrastruktur işlərini əhatə edir.

İqtisadiyyat