Gömrük gəlirləri 5 faiz artıb

post-img

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 931,2 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox) təşkil edib.

Dövlət Gömrük Komitəsinin bu barədə məlumatında bildirilir ki, hesabat dövründə gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 17,8 faizini, dövlət büdcəsinin qeyri–neft–qaz sektoru üzrə daxilolmalarının isə 33,9 faizini təşkil edib.

İqtisadiyyat