Orta aylıq əməkhaqqı 8 faiz artıb

post-img

Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, bu ilin yanvar–avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 faiz artaraq 997,1 manat təşkil edib.

Orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat təsərrüfatı sahələrində daha yüksək olub. Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olub, onlardan 878,3 min nəfəri dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri–dövlət sektorunda fəaliyyət göstərib.

İqtisadiyyat