Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı “Sanoatsodirotbonk”ın nümayəndələri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) təcrübə mübadiləsi proqramında iştirak ediblər.
SİF-dən AZƏRTAC-a bildirilib ki, qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu üzrə keçirilən proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində fondun təcrübəsi təqdim edilib.
Bununla yanaşı, sahibkarların güzəştli maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində icra olunmuş tədbirlərin mahiyyəti izah edilib. Həmçinin fondun fəaliyyətinin ölkə iqtisadiyyatı üzrə müəyyənləşdirilmiş prioritetlərə uyğun qurulması üçün görülən işlər diqqətə çatdırılıb.
Qeyd edək ki, cari ildən etibarən SİF-lə əməkdaşlıq edən Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı “Sanoatsodirotbonk” sahibkarlara bir sıra maliyyə mexanizmləri, o cümlədən kredit, ixracın maliyyələşdirilməsi və digər bank xidmətləri vasitəsilə dəstək olur.