10 KOB-a “Startap” hüququ verilib

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığımız məlumata görə, 10 kiçik və orta biznes subyektinə (KOB) “Startap” şəhadətnaməsi verilib. Bununla da Ekspertlər Şurasının rəyinə əsasən, bu cür sənəd alan KOB subyektlərinin sayı 174-ə yüksəlib.

Qeyd edək ki, KOB subyektləri “Startap” şəhadətnaməsi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər.

İqtisadiyyat