9 ayda 5 milyon ton neft emal edilib

post-img

Energetika Nazirliyindən aldığımız məlumata əsasən, cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda 5 milyon tona yaxın neft emal edilib ki, bu da illik müqayisədə 2,04 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Müəssisə respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda zavodda yenidənqurma və modernləşdirmə işləri aparılır.

İqtisadiyyat