Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard manat məbləğində investisiya yönəldilib.
Qeyd edilib ki, istifadə olunmuş investisiyanın 6 milyon 302 min manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyon 744 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1 milyon 665 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 579 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 193 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.