Milli iqtisadiyyat ilin əvvəlindən 5 faiz böyüyüb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında ölkədə 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz yüksəlib.

ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət, 7 faizi nəqliyyat, 6,4 faizi kənd təsərrüfatı, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9103 manat olub.

İqtisadiyyat