Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti dəfə vətəndaşlarla görüş keçirilib.
KOBİA-dan verilən məlumata görə, görüşdə biznes subyektlərinin sahibkarlığın inkişafı ilə bağlı müxtəlif məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.
Qeyd olunub ki, biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.