Azərbaycanda “INMerge Ventures” vençur kapital fondu yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Yasin Cəlilov, “Trendyol Group”un Beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil və “PAŞA Holdinq” nəzdində yaradılmış “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Fondun nizamnamə kapitalı 4 milyon dollar təşkil edir.