“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Sənaye Parkında daha iki sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla da, sənaye parkında qeydiyyatdan keçən rezidentlərin sayı 27-yə çatıb.
Parkın yeni rezidenti olan “Aral Pack” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən burada alüminium folqa qapaqları istehsal olunacaq. Digər sahibkarlıq subyekti “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC isə parkın ərazisində müasir qrafik dizayn əsaslı çap qəliblərin istehsalı ilə məşğul olacaq. İstehsal müəssisələrinin fəaliyyətə başlaması ilə parkın ərazisində yeni iş yerləri yaradılacaq.
Yeri gəlmişkən, hər iki müəssisədə istehsal prosesi zamanı ətraf mühitin mühafizəsinə və tullantıların azaldılmasına xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yeni rezidentlər Balaxanı Sənaye Parkının ərazisində təkrar emal fəaliyyətləri ilə məşğul olmaqla “yaşıl” iqtisadiyyata mühüm töhfə verəcəklər.