Karbamid Zavodu karbonu azaldır

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin Karbamid Zavodunda istixana qazlarının emissiyasının azaldılması təmin olunub. Bu barədə şirkətin törəmə müəssisəsi olan “Caspian Innovation Center”in baş məlumat mütəxəssisi Azad Hüseynov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 5-ci günündə keçirilən panel sessiyada məlumat verib.

Hazırda SOCAR-da ENOM (Energy Network Optimizing Model) sistemindən istifadə edildiyini bildirən mütəxəssisin sözlərinə görə, süni intellekt əsaslı bu sistem Karbamid Zavodunda tətbiq olunur. “Səmərəlilik baxımından biz bunun çoxsaylı müsbət nəticələrini görürük. Bunlardan ən vacibi odur ki, biz emisiyaları azaltmağa nail olduq. Daha dəqiq desək, hər il 2 min avtomobilin yaratdığı tullantı səviyyəsində azalma təmin olunub”, – deyə o qeyd edib.

İqtisadiyyat