2022–2023-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) 289 ton polimer əsaslı, 56 ton isə plastik əsaslı tullantı toplayıb. Bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Bakıda keçirilən “Daha az plastik, daha çox həyat: təmiz dəniz üçün birlikdə!” devizi ilə “ArtPlast” layihəsinin təqdimatı zamanı deyib.
Tullantıların təkrar emal üçün sertifikatı olan təşkilatlara verildiyini bildirən R. Vəliyev ASCO fəaliyyətini hökumətin ekologiya ilə bağlı siyasətinə uyğun olaraq həyata keçirməyə çalışdığını, 2050-ci ildə sıfır emissiyaya çatmağı qarşıya məqsəd qoyulduğunu vurğulayıb: “Təbii ki, bunun üçün yeni texnoloji xidmətlərin tətbiqi və ciddi maliyyə tələb olunur. Ancaq bütün bunların öhdəsindən gələcəyimizə əminik və bunun üçün əzmlə çalışacağıq”.