Ölkəmiz qazlaşma üzrə dünyada birincidir

post-img

Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Bakıda keçirilən I Beynəlxalq “Caspian Gas İndustry Forum”unda bildirib ki, hazırda respublikamızda qazlaşma səviyyəsi 97 faizə yaxınlaşır və bu, dünyada ən mühüm göstəricilərdən biridir. Ölkəmiz bu baxımdan Niderland, Gürcüstan, İtaliya kimi ölkələri üstələyir.

Baş direktorun sözlərinə görə, bu gün “Azəriqaz”ın qazpaylayıcı şəbəkəsinin ümumi uzunluğu 73 min kilometrdən çox, qurumun abonentlərinin sayı isə 2 milyon 600 minə yaxındır. Ölkədə qazlaşma sürət­lə davam edir. “Azəriqaz”ın əsas problem­lərindən biri köhnəlmiş infrastrukturdur. Hazırda bəzi boru xətləri 70 ildən artıq istismardadır. Təbii ki, bu boru xətlərini dəyişmək qarşıda duran əsas vəzifələrdən biridir.

İqtisadiyyat