BP AÇG-də hasilatı artırır

post-img

Böyük Britaniyanın enerji nəhəngi BP 2024-cü ildə Azərbaycanın ən böyük neft yatağı “Azəri–Çıraq–Günəşli”də hasilatı artırır. Bu barədə məlumat “Fitch Group”a aid olan “Fitch Solutions” şirkətinin hesabatın­da yer alıb. 

Hesabatda qeyd edilib ki, bu artım ölkənin neft sektorunda uzunmüddətli struktur tənəzzülün qarşısını almayacaq. Belə ki, neft yatağının hasilatı son on ildə 50 faizdən çox azalıb. Bununla belə, yata­ğın Azəri–Mərkəzi–Şərq hissəsinə 6 mil­yard ABŞ dolları investisiya qoyulması Azərbaycanın istehsal və ixrac imkanla­rına çox ehtiyac duyulan həcmləri əlavə edəcək. 

“BP-nin sərmayəsi istehsal gücünü cari səviyyədən 25 faizə qədər artıracaq və ha­silatın yaxın gələcəkdə gündəlik 24 min barelə yüksəlməsinə səbəb olacaq. Hasi­latın hər il gündəlik maksimum 100 min barelə qədər artması nəzərdə tutulur. Mü­vafiq olaraq, biz ixracın 2023-cü ildəki 4,8 faizdən 2024-cü ildə 6,5 faizə və 2025-ci ildə 7 faizə yüksələcəyini gözləyirik” – deyə hesabatda bildirilib.

İqtisadiyyat