TAP-da hidrogen nəqli sınaqları

post-img

Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hidrogen daşınmasına hazırlıq üçün boru kəmərinin materiallarını sınaqdan keçi­rir. Bu barədə TAP AG konsorsiumundan məlumat verilib. 

Bildirilib ki, 2021-ci ildə hidrogen tə­darükünə hazırlıq üzrə ilkin tədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışıqların nəqlinə imkan verəcəyini təsdiqləyib. La­zımi sınaq obyektlərinin inkişafına sər­mayə qoyaraq hazırda boru kəməri materi­allarını sınaqdan keçiriilməsi işlərinin plan üzrə davam etdirildiyini qeyd edən mənbə 2024-cü ilin 3-cü rübündə boru kəmərinin dəniz hissəsi üçün ilk nəticələrinin gözlə­diklərini açıqlayıb. Əldə olunan nəticələr konsorsiumda ciddi şəkildə təhlil ediləcək. Daha sonra isə cari ilin 4-cü rübündə sınaq işləri yenidən davam etdiriləcək. 

Xatırladaq ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəməri ilə Avropaya tədarü­künə 2020-ci il dekabrın 31-də başlanıb. Boru kəməri ilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstana və Bolqarıstana isə 1 milyard kubmetr qaz nəql olunur. Eyni zamanda, Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan təbii qaz ixracını şaxələndirmək imkanı qazanıb.

İqtisadiyyat