Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan–İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb.
Agentlikdən verilən məlumata əsasən, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İraq biznes forumunda çıxışında iki dost ölkənin iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmağın zəruriliyini bildirib, yaradılan Azərbaycan-İraq Biznes Şurasının hər iki ölkənin KOB-ları arasında işbirliyinin daha da artırılmasında faydalı olacağını vurğulayıb.