Vergi ödəyicilərinin sayı artıb

post-img

Bu ilin 8 ayında respublika üzrə qeydiyyatda olan 1 milyon 570 min 205 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxs, 12,8 faizi isə hüquqi şəxs olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 89 min 947-yə (6,1 faiz), o cümlədən fiziki şəxslərin sayı 76 minə 266 (5,9 faiz), hüquqi şəxslərin sayı isə 13 min 681-ə   (7,3 faiz) yüksəlib. 

Bu  ilin yanvar-avqust aylarında 8741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7791-i (89,1 faiz) yerli investisiyalı, 950-si (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7117-si (81,4 faizi) elektron qaydada, onların isə 5726-sı “ASAN İmza”, 1372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində fəal ƏDV ödəyicilərinin sayı 38 min 564-ə çataraq 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 faiz təşkil edib.

 

İqtisadiyyat